
İngiltərə premyer ligasının komandalarından Nyukasl Yunaytedin müsəlman hücumcusu Papiss Sisse komandanın kredit şirkətini reklam edən futbolkasını geyinməkdən imtina etdiyinə görə cəzalandırılıb. Hücumcu komandanın ümumi məşq prosesindən uzaqlaşdırılaraq trenajor zalında məşq etməyə başlayıb. Komanda rəhbərliyi futbolçuynan problemi həll etmək istədiyini bildirib.
Xatıraladaq ki, bir necə ay öncə Nyukasl Yunayted Vonga kredit şirkəti ilə sposnorluq müqaviləsi izmalayıb. Müqaviləyə əsasən kredit şirkətini reklam edən etiket komandanın futbolkasına yapışdırılacaq. Sisse kredit şirkətin ribayla məşqul olduğunu və bunun dini inanclarına zidd olduğunu bildirərək futbolkanı geyinməyəcəyini bildirib.