
Fransanın şimalında yerləşən Rube şəhərinin hakimiyyəti şəhərin kafe və restoranlarından Müqəddəs Ramazan ayı boyunca yay terraslarını bağlanılmasıni istəyib. Restoran və kafe rəhbərləri müsəlmanlara hörmət əlaməti olaraq bələdiyyənin bu təşəbbüsünə razılıq veriblər. Bundan başqa bələdiyyə kafe və restoranlardan Ramazan ayı boyunca iş saatlarını uzatmağa və müsəlmanların rahat iftar açmaları üçün halal qidaların təmin edilməsini tövsiyə edib.