
Rusiya Üləmalar Şurasının rəhbəri və bir qrup müsəlman icmaları Rusiya təhlükəsizlik orqanlarına xaiş məktubu ünvanlayıblar. Məktubda müsəlmanlar Rusiyaya gəlmək niyyətində olan Şeyx Yusif Əl-Kardavini Rusiya Federasiyasına biraxılmamasını istəyiblər. Əl Kardavini Rusiya müsəlmanlarının düşməni kimi qələmə verən Rusiya müsəlmanları onu ölkəyə buraxacaqları təqdirdə fitnənin yayılacağnı bildirdilər. Təhlükəsizlik orqanlarına ünvanlanan məktubda müsəlmanlar Yusif Əl Kardavinin ziyankar və müsəlmanlar arasında birliyi pozan birisi kimi adlandırıblar.