14 İyul, 2013
Son bir ay ərzində Britaniyada üçüncü dəfə məscidə hücum olundu

Dünən gecə Londondan 200 km şimal-qərbində yerləşən Tipton yaşayış məntəqəsində yerləşən məsciddə partlayış baş verib.

BBC-nin verdiyi məlumata görə, partlayış zamanı xəsarət alan olmayıb. Polisin araşdırmalarına görə, əldəqayrılma bomba mismarlarla məscidin həyətində bərkidilib və günorta vaxtları işə salınıb. Hadisə yerində anti-terror qrupları və polis araşdırmalarını davam edir.

Qeyd edək ki, son bir ay ərzində artıq üçüncü dəfədir ki, Böyük Britaniya ərazisində məscidə hücum olunur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1463.html