
Son tədqiqatların nəticələrinə görə, Fransa halal məhsul istehlakı üzrə Avropa ölkələri arasında birinci yeri tutub. Araşdırmaya görə ikinci yeri Almaniya, üçüncü yeri Böyük Britaniya tutub. Verilən məlumata görə, Fransa halal bazarı keçən ilə nisbətən 10% artıb, halal məhsulun dövriyəsi 5.5 milyard avro təşkil edərək dünyanın 16% halal məhsul satışı məhz burada cəmlənmişdir. Araşdırmaya görə istehlak olunan halal məhsulların 88 % ət və ət məhsullarının üzərinə düşür. Fransız müsəlmanlar ət məhsullarından başqa gündəlik məişət əşyalarındada halal olanına üstünlük verillər.