
ABŞ-ın Kaliforniya ştatında Müqəddəs Ramazan ayı münasibətilə ikinci il ardıcıl olaraq fotomüsabiqə başlanıb. "Special Ramadan" adlı müsabiqədə istənilən müsəlman şəxs Ramazan ayına həsr olunmuş, bu ayda çəkilmiş fotonu göndərib iştirak edə bilər. Kaliforniya ştatının İslam mədəni mərkəzinin nümayəndələrindən biri bildirib ki, "Bizim fotomüsabiqəmizin məqsədi amerika müsəlmanlarının həyatının zənginliyini əks etdirilməsidir. Baxmayaraq ki, münsiflər heyəti yalnız üç ən yaxşı fotonu qalib kimi seçəcəklər, bizim üçün onlardan hər biri fotosənədin unikal əsəridir. Bundan başqa, bu cür müsabiqələr həvəskar fotoqraflara təcrübə yığmaqa imkan verir."