
Dünən ölkə ərazisində Müqəddəs Ramazan ayının hilalı görsənmədiyinə görə bu gün, yəni 09 İyul 2013 cü il Şəban ayının 30 cu günüdür. Azərbaycanda Müqəddəs Ramazan ayının 1 ci günü İyul ayının 10-dur.
Həmçinin dünən dünyanın bir çox ölkələrində ayın hilalı müşahidə olunmayıb. İran İslam Respublikası, Səudiyyə Ərəbistanı , Qətar, Bəhreyn, Oman, Kuveyt, BƏƏ, İordaniya, Tunis, Mərakeş, Sudan, Yemən, Liviya, Fələstin, Malaysiya, İndoneziya, Sinqapur, Bruney və Avstraliya müsəlmanlar icması ayın hilalın müsahidə etmədiklərinə görə Müqəddəs Ramazan ayının 1-ci gününün İyul ayının 10-da olacağını elan ediblər.
Türkiyə, Nigeriya, Çin, Rusiya Federasiyası, Makedoniya, Rumıniya, Bosniya, Serbiya, Albaniya, Sloveniya və Şimali Amerika Fiqx idarəsi bu gün Ramazan ayının birinci günün olduğunu hesab edirlər.