9 İyul, 2013
Iraqın sünni və şiələri vəhdət haqqında razılaşma imzaladılar

Ötən gün İraqın sünni və şiə müsəlmanları aralarında vəhdət bağlarının möhkəmləndirilməsi haqqında və hər növ zorakılığı, terrorizmi inkar edən razılaşma izmalayıblar.

İraqın Nazirlər Kabinetinin nəzdnində olan Üləmalar Komitəsinin sədri Şeyx Xalid əl Mollanın verdiyi məlumata əsasən, razılaşmada İslamın bütün ümumi dəyərləri, tərəflər arasında mülayim dialoqun olacağı həmçinin milli birliyə cağırış edən müddəalar xüsusilə vurğulanıb. Daha sonra Şeyx Ramazan ayında sünni və şiə üləmalarının arasında vəhdət mövzusunda bir neçə görüşlərin olacağını bildirdi.

Xatırladaq ki, İraqın Baş Naziri Nuri Əl Maliki ölkədə sünni və şiələri birliyə çağırmışdır. Bu çağırışdan sonra üləmalar arasında vəhdət namazları və müxtəlif şəhərlərdə görüşlər baş tutmuşdur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1443.html