8 İyul, 2013
ABŞ Quantanamo məhbuslarına oruc tutmağa icazə vermədi

ABŞ hökuməti Quantanamo həbsxanasında olan məhbus-müsəlmanlara Müqəddəs Ramazan ayında oruc tutmağa icazə verməyəcək.

CNN telekanalının verdiyi məlumata görə, məhbus müsəlmanlardan dördü Şaker Aamer, Əhməd Belbaxa, Nabil Xacrab və Abudur Vail Ciab məhkəməyə iddia ərizəsiylə müraciət ediblər. Şikayətlərində məhbuslar həbsxanada Ramazan ayı ərzində onlara günorta yeməyinin verilməsinin dini ayinə zidd olduğunu bildirərək hüquqlarının pozulduğunu deyiblər.

Məhkəmə iddia ərizəsin rədd edərək gündəlik qidanın onların sağlamlığı üçün verildiyini və bununla müsəlmanalrın hüquqların pozulmadığını bildirib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1441.html