
Livanın Əd-Diyar qəzetinin verdiyi məlumata görə, Qətərin əmiri dəyişdikdən sonra yeni əmir Qətərdə yaşayan misirli Şeyx Yusif Əl Kardavidən ölkəni tərk etməsini istəyib. Kardavi ölkəni tərk etməyəcəyini bildirdikdən sorna onun evinə gələn polislər güc tətbiq edərək onu hava limanına aparıblar. Yolda Kardavi müqavimət göstərdiyinə görə polislər onu döyüblər. Xəbər verilir ki, hava limanında Şeyx Kardavini xüsusi təyyarəyə mindirib Qahirəyə yola salıblar. Bu hadisəni eşidən İordaniyanın kralı Şeyx Kardavini öz ölkəsinə dəvət edib.