13 Sentyabr, 2011
İran parlamentinin spikeri Oktay Əsədovu və Allahşükür Paşazadəni İrana dəvət etdi

Onlar V "Fələstin xalqına dəstək" beynəlxalq konfransında iştirak etmək üçün dəvət olunublar

İranın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmməd Əli Şəmsipur İranın İRNA xəbər agentliyinə verdiyi məlumata görə İran parlamentinin rəhbəri Əli Laricani azərbaycanlıhəmkarını və QMİ-nin sədrini İrana dəvət edib. Şəmsipur deyib ki, Əli Laricani oktyabr ayının 1-2 tarixlərində Tehranda keçiriləcək V "Fələstin xalqına dəstək" beynəlxalq konfransında iştirak etmək üçün Azərbaycanın MM-nin spikeri Oktay Əsədovu və QMİ-nin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadəni İrana dəvət edib.

Tehranda keçiriləcək beynəlxalq konfransda 70 ölkənin parlament nümayəndələrinin iştirakı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-144.html