7 İyul, 2013
Müqəddəs Ramazan ayı İyul ayının 10-u daxil olur

İran İslam Respublikasının Astronomik Araşdırmalar Mərkəzinin rəhbəri Muhamməd Salih Nəcəfinin verdiyi məlumata görə, araşdırlamalar və hesablamalara görə region ərazisində Müqəddəs Ramazan ayının hilalı çərşənbə axşamı gecəyəni miladi təqvimlə 09 iyul 2013-cü il axşam görsənəcək. İyul ayının 8-də hilalın görsənməsinin elmi cəhətdən qeyri-mümkünlüyünü bildirən Salih Nəcəfi Müqəddəs Ramazan ayının 1-nin iyul ayının 10-a təsadüf etdiyini söyləyib.

Bu günlərdə Azərbaycan Respublikasının Şamaxı Astrofizika Rəsədxanası da Ramazan ayının 1-ci gününün 10 iyulda olacağını təsdiq edib.  Habelə Ayətullah Seyyid Əli Xameneinin nəzarətində olan istihlal mərkəzinin rəyinə görə, bu il şaban ayı 30 gün olacaq və Mübarək Ramazan ayının hilalının görsənməsi 09 iyul 2013-də baş verəcəkdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1437.html