5 İyul, 2013
ABŞ da müsəlmanlar iftara başqa dinin nümayəndələrin dəvət edəcəklər

ABŞ da yaşayan müsəlman icmalar başqa dinin nümayəndələriylə əlaqələrini bərkitmək üçün Müqəddəs Ramazan ayından istifadə etmək qərarına gəliblər. İcmalar fikrincə müqəddəs ay ərzində hazırlanan iftar süfrələri dinlərarası dialoq üçün ən gözəl vasitədir. Müsəlman icmalar ay boyunca qonşu başqa dinin icmalarını iftar süfrələrinə dəvət edəcəklər. Ameikan-İslam Şurası bu cür tədbirlərin keçirilməsi haqqında məlumat verən "Ümumi Ramazan-2013" adlı məlumat kitabçası çap edib.

Qellap İnstitutunun apardığı sosial sorğu və tədqiqat nəticəsində 53 % amerikalı İslam dininə yaxşı münasibət bəsləmədiyini bildirib.  ABŞ müsəlman icmaları birgə keçiriləcək iftar süfrələrindən sonra həmvətənlilərinin İslam dininə olan münasibətlərinin dəyişəcəyinə ümid edirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1429.html