
Sələfilər Küveytin Bənidülgər rayonunda yerləşən şiələrin Aşşur adlı hüseyniyəsinə hücum ediblər. Hadisə şiələrin Misirdə həlak olan Şeyx Şəhatə üçün matəm mərasimini keçirtdiyi zaman baş verib. Matəm məclisinin keçiriləcəyini bilən sələfilər sosial şəbəkələrdə Daxili İşlər Nazirliyindən məclisin qarşısın alınmamasını tələb ediblər. Bundan sonra məclis başlayanda sələfilər hüseyniyəyə hücum edib bir necə şiəyə xəsarət ediblər. Polis iğtişaşın qarşısın alıb.