3 İyul, 2013
Myanmada müsəlmanlara qarşı təqiblər davam edir

Myanmanın qərbində Arakan ştatının yaxınlığında yerləşən şəhərin birində müsəlmanlara hücum olub. Facebook sosial şəbəkəsi vasitəsiylə bir araya gələn, polis idarəsinin qarşısında bir xarici vətəndaşın etdiyi cinayətə görə etiraz edən 50 yaxın buddist, polisin onlardan evlərinə getməsini tələb edəndən sonra ətrafda yaşayan müsəlman əhaliyə hücum ediblər.  Hücum nəticəsində müsəlmanlara aid dörd yaşayış evi yandırılıb. Polisin müdaxiləsindən sonra etirazcılar ərazidən kənarlaşdırılıb.

Xatırladaq ki, hüquq müdafiəçiləri rəqəmin minlərlə olduğunu bildirsədə rəsmi məlumatlara görə Myanmada buddistlər tərəfindən 237 müsəlman qətl edilib, 150 mindən çox müsəlman məcburən ölkədən qaçıb.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1419.html