2 İyul, 2013
Peyğəmbər (s.a.a.s.) haqqında sosial reklamın nümayişi başlayıb

Avstrlayida Muhəmməd Peyğəmbərə (s.a.a.s.) həsr olunmuş sosial reklam çarxlarının nümayişi başlanıb.  Avstraliyanın müsəlman ictimai təşkilatı bu reklam vasitəsiylə avstraliyalıları İslamla tanış edəcək. Reklamın təşəbbüskarı ölkənin məşhur MyPeace  adlı islam assosiasiyasıdır. 2011 ci ildı yaranan təşkilat Avstraliyada bir sıra müvəffəqiyyətli ictimai kampaniyaların müəllifi olmaqnan tanınır.  Təşkilatdan verilən məlumata görə Peyğəmbər (s.a.a.s.) haqqında reklam çarxları bir ay ərzində gündə üç dəfə Avstraliyanın bir neçə məşhur kanallarında nümayiş olunacaq. Reklam çarxları əsasən Peyğəmbərin (s.a.a.s.) həyatı , Onun müdrik kəlamları və məşhur şəxslərin Peyğəmbər(s.a.a.s.) haqqında dedikləri sözlərdən ibarət olacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1414.html