
Əl Şərq qəzetinin verdiyi xəbərə görə, Ümrə nazirliyinin rəsmisi Məkkə və Mədinədə davam edən inşaat işləri səbəbiylə darlıq yaşandığını, müqəddəs məkanlarda həddindən artıq kütlə axınının qarşısını almaq məqsədiylə belə bir qərar aldıqlarını söylədi.
Ümrə Nazirliyindən verdiyi məlumata görə 2012 ci ilin dekabr ayının ortasından bu yana Səudiyyə Ərəbistanına ümrə üçün gələn ziyareçilərin sayı 4.2 milyonu keçib. Ölkədə hal hazırda 250 min ziyarətçinin olduğu bildirilir.
İzdihamın qarşısın almaq məqsədiylə Nazirlik Səudiyyədən olan ziyarətçilərin sayın 50% , xarici ölkələrdən gələn ziyarətçilərin sayın isə 20% azaldılmasını planlaşdırır.