30 İyun, 2013
Bəhreyndə məşhur şiə filosofunun məqbərəsi dağıdılıb

Bəhreyn Hüquq Müdafiə Monitorunun Dini Azadlıqlar Birliyinin rəhbəri Şeyx Meysəm Əl Salmanın verdiyi məlumata görə Bəhreynin cənub regionunda yerləşən məşhur şiə filosof Meysəm əl Bəhraninin məqbərəsəi Ali Xəlifə rejiminin hərbçiləri tərəfindən hücuma məruz qalıb. Onun sözlərinə görə bir qruppu şəxs məqbərənin yerləşdiyi məscidə daxil olaraq məqbərəni sındırıb ,  məscidin içərisindəki əşyaların bəzilərini qarət edib bəzilərini yararsız vəziyyətə salaraq dağıdıblar.

Qeyd edək ki , Meysəm Əl Bəhrani (1238 – 1299) 13-cü əsrin ən məşhur şiə mütəfəkkirlərindən biri olub. Xacə Nəsrəddin Tusinin müasiri olan Meysəm Əl Bəhrani  Müfid Əl Din ləqəbiylə tanınırdı. Mənbələrə istinadən Nəsrəddin Tusi hüquq elmlərini Əl Bəhranidən , Əl Bəhrani isə ilahiyyat elmlərini Nəsrəddin Tusidən öyərnib. Dövrünün məşhur filoslarında olan Şeyx Meysəm Əl Bəhranı  "Misbah as-Salikin" (Nəchül Bələğanın şərhi), "Ixtiyar Misbah as-Salikin", "Şarh əl-Ma'iat kalima-tal Nachül Balağa", "Quvaid əl-Maram fi Ilm al-Kalam" adlı məşhur əsərlərlərilə birlikdə 30 dan çox kitab müəllifidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1406.html