29 İyun, 2013
Liviyanın keçmiş rejiminin müftisinə ömürlük həbs cəzası verildi

"Al Yaum As Saba" informasiya agentliyinin verdiyi xəbərə görə Tripolinin apelyasiya məhkəməsi Liviyanın keçmiş müftisi Xalid Tantuşa ömürlük həbs cəzası verib. Xalid Tantuş 17 Fevral inqilabında Liviya inqilabçılarının qətlinə təhrikçilikdə günahlandırılır.

Məhkəmə Liviyanın keçmiş müftisini bütün vətəndaşlıq hüquqlarından və şəxsi silah daşımaq hüququndan məhrum edib.

Qeyd edək ki, müfti Xalid Tantuş Qəddafi hakimiyyətinə yaxınlığıynan seçilən din adamalrından olmuşdur. Liviyada inqilabın başlandığı dövrdə KİV vasitəsiylə Qəddafi əleyhinə etirazların haram olduğuna dair fətva vermişdir.

Üsyançılar qalib gələndən sonra müfti Misurata qaçmışdır lakin sonradan həbs olunmuşdur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1403.html