28 İyun, 2013
Ukraynada ilk müsəlman radiostansiyasının açılışı olub

Ukraynada Ukrayna Müsəlmanlar İdarəsinin dəstəyi ilə M Plus adlı ilk müsəlman radiostansiyası öz işinə başlayıb. Radiostansiya layihəsini həyata keçirən Minarət studiyasıdır.  İnternetdə yayımı nəzərdə tutulan radio yalnız müsəlmanlar üçün deyil həm də  başqa dinin nümayəndələri üçün maraqlı olacağı bildirilir.

M Plus radiosunun rəhbəri Əhmədin  mətbuat konfransında verdiyi məlumata görə , radioda müxtəlif dinin nümayəndələri, siyasətçilər, məmurlar müxtəlif mövzular ətrafında müzakirələrə dəvət olunacaqlar.

Öz növbəsində Ukrayna müftisi Şeyx Əhməd Tamim radionun yaradıcı heyyətinə uğurlar arzulayaraq radionun İslam haqqında etibarlı informasiya mənbəyi olacağına ümidvar olduğunu bildirdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1399.html