
Dünyanın məşhur "TİME" jurnalı son buraxılışında Myanmada müsəlman qətliamını tənqid edən məqalə dərc edib. Jurnal üz qabığında Myanmada anti müsəlman mövqeyi ilə məşhur olan buddist rahib Viratxunun şəkilin dərc edib. "Buddist terrorunun üzü" adlı məqalə jurnalın əsas mövzusu olub. Məqalədə Myanma hökumətinin müsəlmanlara qarşı törətdiyi terror haqqında bəhs olunur. Məqalədən hiddətlənən Myanma hakimiyyəti jurnalın ölkə ərazisində satışına qadağa qoyub.
Xatırladaq ki , buddist rahib Viratxan dəfələrlə buddistlərlə müsəlmanların əlaqəsinin kəsilməsini , onların arasında nigahların qadağan olunmasını və müsəlmanlarla ticarətin qadağan olunması üçün hökümətdən rəsmi qanunlarlın tətbiq olunmasını tələb edirdi.