
ABŞda avtobusların üzərinə ərəb görünüşlü terrorçuların axtarışda olduğu bildirilən reklam ölkə müsəlmanlarının etirazına səbəb olub.
Terrorçuların tutulmasına görə Dövlət Departamentinin pul mükafatı ayırdığını və vətəndaşları ayıqlığıa cağıran reklam hüquq müdafiəçiləri tərəfindəndə ciddi tənqidə məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə reklam müsəlmanların və ərəbəsilli insanların əhali arasında terrorizmlə assosiasiya olunacaqlarına gətirib çıxardacaq. Öz növbəsində ölkənin müsəlman cəmiyyətləri bu tip reklamların islamafobiyayla nəticələnəcəyini bildiriblər. Cəmiyyətlər zahiri görüşünə görə reklamdakı terrorçulara oxşayan müsəlmanların əhali arasında reputasiyasının korlanacağı və neqativ nəticələrə gətirib çıxardacağını bidlrdilər.