26 İyun, 2013
İngiltərədə yenə məscidə hücum olundu

 

İngiltərənin Reddiç şəhərində tikintisi davam edən məscidə gecə saatlarında naməlum şəxslər daxil olaraq məscidin içərisinin dağıdıblar.

Daha sonra məscidin pəncərələrində və divarlarında svastika və şovinist işarələrdən ibarət rəsimlər çəkiblər.  Polis cinayətin irqi zəmində baş verdiyini və cinayətkarların axtarışlarının davam etdiyini bildirib.

Bu artıq bu həftədə məscidə ikinci hücumdur. Bir necə gün öncə İngiltərənin başqa bir şəhərində məscid binasının yaxınlığında naməlum şəxs partlayıcı maddə quraşdırmışdır.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1388.html