
Qeyri rəsmi məlumatlara görə Bəhreynin Ali Xəlifə rejimi keçən il dağıdılmış İmam Hadi (s) adına şiə məscidinın ərazisin bir iş adamına satıb.
İş adamı həmən ərazidə əyləncə mərkəzi tikməyə qərar verib. Ətraf əhali bu xəbərdən qəzəblənərək etiraz aksiyası keçirib. Etirazçıların tələbi rəsmi məlumatın alınması və məscidi yenidən tikilib istifadəyə verilməsidir.
Al Vifaq blokunun üzvü, keçmiş Baş Nazir olmuş Abdullah Əl Ali çıxış edərək hökumətdən məscidin yenidən bərpa olunmasını tələb edib. Onun sözlərinə görə,heç bir dində və məzhəbdə məscidə bu cür hörmətsiz yanaşma yoxdur, biz hökumətə imkan vermiyəciyik ki, məscid ərazisində öz istədiklərini etsinlər.
Məscid 2011 ci ildə ölkədə fövqəladə vəziyyət elan olunanda sökülmüşdür. Söküləndən sonra əhalinin bir necə dəfə məscidi yenidən tikib bərpa etmək istəyini hakimiyyət qarşısın almışdır.