
Kərbəla şəhərinin yerli hakim orqanının verdiyi məlumata görə , şəhərə İmam Mehdinin (ə.f.) mövlüdunu qeyd etmək üçün xarici ölkələrdən 55000 zəvvar gəlmişdir. Ümumən isə rəsmi məlumata əsasən Kərbəlada mövludu qeyd etmək üçün 3 milyondan çox zəvvar qeydə alınıb. Zəvvarların təhlükəsizliyini qorumaq məqsədilə 36 mindən çox hərbçi, polis cəlb edilmişdir.
Hər il milyonlara insan Nimeyi Şəbanı qeyd etmək üçün Kərbəlaya gəlir və zəvvarların sayında ildən ilə artım müşahidə olunur.