25 İyun, 2013
Misir şiələrinin lideri kömək istədi

Misir şiə icmalarının lideri Muhəmməd Əl Ğaneym KİV vasitəsilə Misirdə şiələrin müdafiəsi üçün beynəlxalq aləmdən kömək istədi. Əl Ğaneym bildirib ki, Misir hökuməti azlıqda olan şiə müsəlmanalrının təhlükəsizliyin təmin edə bilmir. O, sələfilər tərəfindən hücuma məruz qalan şiələri yalnız beynəlxalq aləm tərəfindən qorunacağına ümid etdiyini söylədi.

Xatırladaq ki , iki gün öncə bir qrup insan sələfi şeyxinin fitvasına əsasən Misir şiələrinin tanınmış alimlərindən olan Şeyx Şəhatənin Gizza ərazisində yerləşən evində vəhşicəsinə qətl etmişdilər.

Misir prezidenti Mursi bu hadisəni tənqid edib, iyrənc cinayət adlandıraraq kifayətlənmişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1378.html