24 İyun, 2013
Misirdə şiə alimini vəhşicəsinə qətl etdilər

 

Misirin məşhur şiə alimlərindən olan Şeyx Həsən Şəhatənin evinə hücum olunub. Hadisə bazar günü axşam saatlarında baş verib.

34 nəfər şiə müsalman İmam Zamanın(ə.f.) mövludunu qeyd etmək üçün Şeyx Şəhatənin Gizza ərazisində yerləşən evinə yığışmışlar. Bir necə saatdan sonra 300 yaxın yerli əhali sələfi imamının fətvası əsasında Şeyx Həsən Şəhatənin evinə hücum edərək evi yandırıb və evin içərisindəki insanları vəhşicəsinə döyüblər.

Hadisə zamanı 4 şiə ilə birlikdə Şeyx Həsən Şəhatə dünyasın dəyişmişdir. Evdəki digər şəxslər ağır yaralanıblar. Polis hadisə yerinə gəlsəndə insanların qarşısını almayıb.

Xatırladaq ki, 66 yaşlı Şeyx Şəhatə Mübarək dövründə şiə olduğuna görə iki dəfə həbs olunmuşdur.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1375.html