
Mədinə şəhərində yerləşən Peyğəmbər (s) məscidinin baş rəhbəri Ramazan ayı boyunca beş min işçinin zəvvarlara xidmət edəcəyini bildirib.Məscidin sahəsinə on mindən artıq xalça səriləcək.
Ər-Riyad qəzetinin verdiyi məlumata görə, məscid rəhbərliyi gün ərzində zəvvarlar üçün 300 ton Zəm-Zəm suyu gətiriləcək, məscid ətrafı sahədə gündən qorunmaq üçün 250 çətir quraşdırılacaq, məsciddə 436 kondisioner işləyəcək.