20 İyun, 2013
Alman universitetində İslam İlahiyyat fakultəsinin açılışı olub

 

Almaniyanın Frankfurt şəhərində yerləşən Höte adına Universitetdə İslamı tədris edən ilahiyyat fakultəsinin açılışı olub.  Açılış zamanı naməlum şəxs telefon zəngi edərək binada partlayıcı maddənin olduğunu bildirmişdir.  Buna baxmayaraq açılış mərasimi təntənəli surətdə qeyd olunmuşdur. Universitetin vitse prezidenti Matiasa Luts-Baxmana ilahiyyat fakultəsinin açılışını universitet tarixi üçün mühüm hadisə olduğunu qeyd etmişdir. Fakulətnin rəhbəri Ömər Ozsou olacaq.   Fakultədə İslam dinin əsasları və Quran tədris olunacaq.

Qeyd edək ki , İlahiyyat fakultəsi Hötə adına Universitetdən başqa Almaniyada Tyubingen, Osnabryuk və Nyurnberg şəhərlərində yerləşən universitetlərdə də mövcuddur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1363.html