20 İyun, 2013
Əl Əzhər hökumətə qarşı etirazlara icazə verdi

Ötən gün Əl-Əzhər universitetinin şeyxi Əhməd Tayyib bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Əl-Əzhər Misir hakimiyyətinə qarşı edilən dinc etiraz aksiyalarına icazə verir və bunda şəriətə qarşı heç bir ziddiyati yoxdur. Fitnə və ekstremizmi tənqid edən Şeyx Tayyib onuda bildirib ki, bəzi üləmaların hökumətə qarşı çıxmaq münafiqlikdir və səhvdir kimi fikirləri yalnışdır.

Qeyd edək ki, ötən günlərdə bəzi sünni üləmalar hakimiyyətə qarşı çıxan və etirazlar təşkil edən insanları münafiq və dindən çıxmış olduqlarını bəyan etmişdilər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1361.html