20 İyun, 2013
Mərakeşli futbolçu şiəliyi qəbul etdiyinə görə təzyiqə məruz qalır

Mərakeşin məşhur futbolçusu Reza əl Riyahi Maliki şiəliyi qəbul etdiyinə görə Mərakeşin təhlükəszilik orqanları tərəfindən təzyiqlərə məruz qalıb.

Futbolçunun şiəliyi qəbul etməsi yenicə dünyasını dəyişmiş həyat yoldaşının qəbrinin üstündə "Əliyyən Vəliyullah" kəliməsini yazdırdıqdan sonra ortaya çıxıb. Bu məlumatı qəbirstanlğın keşikçisi mətbuata bidlirib. Mətbuat bu hadisəni işıqlandırandan sonra , futbolçuya dövlət təhlükəsizlik orqanları tərəfindən təzyiqlər başlamışdır.

Qeyd edək ki, Mərakeş şiə-müsəlmanlara qarşı dözümsüzlük göstərən ölkələrdəndir. Burada bir neçə şiə əllərində "Məfatihul Cinan" adlı dua kitabaı gəzdirdiklərinə görə həbs olunmuşdur, bir neçə dəfə ayrı ayrı alimlərin dillərindən "şiələri yandırmaq lazımdır" fətvası səsləndirlimişdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1360.html