
Bu gün Şaban ayının 11-i Hz. Əli Əkbər (ə) mövlud günüdür.
Bu mövlud münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün Əhli-Beyt(ə) aşiqlərini təbrik edirik.
Şeyx Cəfər Şüştəri,"Xəsaisül-Hüseyniyyə" kitabında yazır:
İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!"