
Fransanın paytaxtı Parisin kommunası olan Arjentyedə yerli müsəlmanlar etiraz aksiyası keçirib. Etirazçılar yerli admistrasiya binasının qarşısında toplaşaraq , son zamanlar müsəlmanlara edilən irqçi hücumlara son qoyulmasını tələb etmişdilər.
Xatırladaq ki, son günlər kommunanın ərazisində yerli müsəlmanlara hücumlar baş vermişdir. Beleki, Rabia adlı bir hicablı xanıma şovinistlər hücum edib onu təhqir edtmişdilər. Mer və polisin təzyiqindən sonra hicablı xanım şikayətin geri götürmüşdür. Keçən həftə isə daha bir irqçi hücum baş vermişdir. Hicablı hamilə xanıma hücum edən neofaşistlər , hicablı xanımı vəhşicəsinə döymüşdülər. Nəticədə müsəlman qadın xəsarətlərdən bətnindəki uşağın itirmişdir.