18 İyun, 2013
Yardım məqsədilə pul yığıb tətilə getdi

Küveytin Xalid Əl-Həmad adlı din xadimi Suriyada vuruşan müxalif terrorçulara maddi dəstək məqsədilə Fars Körfəzi ölkələrində pul yığma kampaniyasına başlayıb.Sonradan məlum olub ki, o həmin pulları Avropa səyahətinə sərf edib.

Onun yaxınlarından biri jurnalistlərə xəbərə verib ki, Şeyx Xalidin maddi durumu pis idi. Lakin bu yaxınlarda o yay tətillərini Avropada keçirmək qərarına gəlib. Yəqin ki, o tətil xərclərini topladığı maliyyə yardımından çəkəcək.

Həmin şəxs bildirib ki, Şeyx Xalid 10 milyon dollar toplasa da, Suriyadakı yaraqlılara həmin pulların verilməsini heç kəs görməyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1353.html