
Bazar günü naməlum şəxslər Səudiyyə Ərəbistanının əl Cəfər şəhərində yerləşən Dira məscidinin içərisində iğtişaş törədiblər. Məscid imamının sözlərinə görə zöhr namazı üçün məscidə daxil olanda məscidin içindəki əşyaların dağıldığını görüb. Məsciddə olan Quran və digər kitablar yerə səpələnmiş, digər məişət əşyaları isə yararsız vəziyyətə salınmışdır.
Polis faktla bağlı araşdırma apardığını və iğtişaş törədən şəxslərin kimliyini müəyyən edəcəklərini söyləyib.