
Yəməndə dərc olunan "əl-Vasat" qəzeti Yəmendə Abdullah Salehin hakimiyyəti dövründə qətl olunmuş Yəmən şiələrinin lideri Bədrəddin əl-Husinin ölümünün son dəqiqələrindən yazıb.
Hadisələr haqqında əl-Husiyə qarşı əməliyyat aparan zabitlərdən biri danışıb. Onun sözlərinə görə , Bədrəddin əl-Husinin mühasirəyə alıb ondan təslim olmasını istəyiblər. Bədrəddin Əl-Hausi təslim olmaq məcburiyyətində qalsada bir əsgər ona atəş açıb.
Əl-Husinin can verərək son sözləri Qurani Kərimin Şüara surərsinin 227 ci ayəsi olub : "...Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər."
Xatırladaq ki, Bədrəddin əl-Husi bu ayın əvvəlində dəfn olunub. Hakimiyyət liderin cəsədini 9 ildən sonra onun ailəsinə geri qaytarmışdır.