15 İyun, 2013
Şeyxülislam Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

 

Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin qədim tarixə malik olduğunu deyən QMİ sədri ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Şeyxülislam İslamın müqəddəs məkanlarına ziyarətlər zamanı azərbaycanlı zəvvarlara yaradılan şəraitə görə krallığın rəhbərliyinə minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.

Səfir İslam ölkəsi olan Azərbaycanda çalışmaqdan qürur duyuğunu diqqətə çatdırıb və iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi üçün səfir kimi əlindən gələni əsirgəməyəcəyini bildirib.

Diplomat Azərbaycanın İslam aləmindəki mühüm mövqeyindən danışıb, A.Paşazadənin dünyada nüfuzlu dini lider kimi tanındığını deyib. İslamın təbliği və tərəqqisində göstərdiyi xidmətlərinə görə Allahşükür Paşazadəyə minnətdarlığını bildirib. Sonda səfirə xatirə hədiyyəsi təqdim olunub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1339.html