15 İyun, 2013
Əl-Əzhər Suriyada cihad çağırışına yox dedi

Misirin Əl-Əzhər universiteti bir məlumat nəşr edərək, Qahirədə bəzi sünni üləmaların bir iclasının ardından Suriyada cihad çağırışına qarşı olduğunu açıqladı.

Əl-Əzhər alimlərindən Şeyx Əli Şəms, keçirilən iclasda Suriyada Şam rəhbərliyinə cihad çağırışı edən sənədi imzalamadıqlarını və ümumən Əl-Əzhərdən olan alimlərin orada iştirak etmədiklərini ifadə etdi.

Xatırladaq ki, Yusf Kardavinin başçılıq etdiyi bir qrup sünni alim Qahirədə iclas keçirərək bütün sünni aləmini Suriyada cihad etməyə cağırış etmişdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1338.html