14 İyun, 2013
Küveyt alimindən Suriyadakı şiələrin qatillərinə dəstək

Əl-Qaidə terror təşkilatına mənsub Küveytli Vahhabi din alimi Suriyada şiə müsəlmanların terroristlər tərəfindən öldürülməsini dəstəklədiyini bildirib.

Dünən əl Qaidə ilə yaxınlığı olan insanların Livanın Küveytdəki səfirliyi qarşısında etdiyi nümayiş zamanı çıxış edən vəhabi alim Şafi əl Acmi bildirib ki , əmrinə tabe olan 12 min silahlı döyüşçünü Suriyaya göndərməyə hazırdır. Əl Əcmi bir neçə gün öncə ən-Nusra terrorçuları tərəfindən Suriyanın Deyruz Zur bölgəsində yaşayan altmışa yaxın dinc şiə əhalisinin qətlini tərifləyərək, Suriyanın Nabul ve əz Zəhra bölgələrində yaşayan şiələri ölümlə təhdid etdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1335.html