
BMT nin İnsan haqları şurası (UNHRC) araşdırma edərək belə nəticəyə gəlib ki, əgər infrastrukturun inkişafı üçün , insanların yaşaması üçün normal şərait yaradılmasa 2020 ci ildə Qəzza sahəsi insan həyatı üçün yararsız yer ola bilər.
Araşdırmanın müəlliflərindən biri olan Riçard Falkın fikirlərinə görə , uzun zamandır fələstinlilərin öz gələcəyini təyin etmək hüququ inkar edilir. Araşdırmacı qeyd edib ki : " İsrail işğalcı rejimi fələstinlilərin hüquqlarına məhəl qoymur. Bütün bunlar Yaxın Şərqdə sülhün tez bir zamanda bərqərar olmasına mane olur. Bu problemlər tez bir zamanda həll olunmalıdır."
Məruzədə qeyd olunur ki , Qəzza əhalisnin 29 % işsizdir, iqtisadi artım aşağı səviyyədədir, həyat səviyyəsi 90- ci illərin göstəricilərindən aşağıdır. Yerli infrastruktur bərbad haldadır , burada aero və dəniz portları mövcud deyil , insanlar qeyri leqal yollarnan, xüsusilə tunellər vasitəsilə hərəkət edirlər.