
Səudiyyə Ərəbistanı hökuməti Mədinə şəhərinin yaxınlığında zəvvarlar üçün yeni şəhər tikiləcəyi haqqında qərar qəbul edib.
Ərazisi iki milyon kvadrat metr olan yeni şəhər Mədinəyə gələn 200 minə yaxın zəvvarın yerləşəcəyi bildirilir. Zəvvarların ziyarət müddətində rahatlıq üçün məskunlaşacağı yeni şəhərdə mehmanxanalar, xəstəxana və bütün lazımlı infrastruktur tikiləcək.
Qeyd edək ki, bu il Müqəddəs Ramazan ayında ümrə ziyarətinə iki milyon yarım zəvvarın gələcəyi gözlənilir.