11 İyun, 2013
Ayatullah Məkarim Şirazi Səudiyyə müftisinə məktub yazdı

 

Ayatullah Məkarim Şirazi Səudiyyə üləmaları şurasının üzvü , Səudiyyənin tanınmış müftisi Saleh əl Favzana məktub yazıb.

Məktubda Ayatullah Məkarm Şirazi son zamanlar müftinin və digər alimlərin şiələrə qarşı səsləndirdiyi təhqirləri tənqid edib.

Ayatullah Şirazi məktubda bu cür danışıqların şiəliyə xələl gətirməyəcəyini və ümumiyyətlə müftini alimə yaraşmayan sözlərdən çəkinməyə cağırdı.

Xatırladaq ki, əl Favzan Səudiyyənin "əl Mədinə" qəzetinə verdiyi müsahibəsində şiələrin İslam düşmənləri olduğunu və İslam düşmənlərinin köməyi ilə islamla vuruşduğunu söyləyib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1317.html