10 İyun, 2013
Ümrə ziyarəti üçün verilən vizaların müddəti azaldılıb

Səudiyyə Ərəbistanı Həcc Nazirliyi Ümrə ziyarəti üçün verilən vizaların müddətini azaldıb.
Nazirlik ölkə daxilindəki və xaricdəki turizm şirkətlərinə göndərdiyi bildirişdə viza müddətinin 2 həftə olacağını, bu qərarın sabahdan qüvvəyə minəcəyini qeyd edib. Nazirlik rəsmiləri xüsusilə Ramazan ayında Ümrə ziyarətinə gələnlərin sayında çoxalma müşahidə olunduğdan belə bir qərar qəbul etdiklərini bildiriblər.
Məlumata görə, Həcc Nazirliyinin bu addımı əvvəlcədən Ümrə ziyarəti üçün uzunmüddətli yer ayırmış yerli və əcnəbi turizm şirkətləri ilə müştərilər arasında problemlər yaradacaq.
Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyi isə Ramazan ayı və Həcc mövsümü üçün hazırlıqların davam etdiyini bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu mövsümlərdə müqəddəs torpaqlarda 21 xəstəxana, 154 tibb məntəqəsi və 20 000 nəfərlik səhiyyə heyəti bütün gücü ilə zəvvarların xidmətində olacaq.

anspress

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1315.html