10 İyun, 2013
Futbol üzrə dünya çempionatının qonaqlarını İslamla tanış edəcəklər

Brazilyanın müsəlman təşkilatları 2014-cü ildə keçiriləçək futbol üzrə dünya çempionatına gələn milyonlarla qonaqlara İslam haqqında məlumat vermək fikrindədirlər.

Keçən həftə Brazilya üləmalarının görüşündə bu haqda qərar alınıb. Brazilya Imamlarının Ali şurasının prezidenti Şeyx Xalid Taki bildirib ki, çempionat başlamamış İslamın təbliğatı üçün xüsusi komitə yaradılacaq. Komitənin əsas işi gələn qonaqlara İslamın mahiyyətin , İslam haqqında həqiqətləri çatdırmaqdır. Qonaqlara İslam haqqında yazılmış kitabçalar və Quran hədiyyə olunacaq.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı 2014 cü ilin iyun ayının 12 başlayacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1313.html