10 İyun, 2013
Londonda nüfuzlu İslam məktəbi yandırıldı

 

Londonda müsəlmanlara hücum səngimək bilmir. Naməlum şəxslər Londonun cənubunda yerləşən nüfuzlu Darul Ulum adlı islam məktəbinə hücum edərək oranı yandırıblar.

Yanğın zamanı 128 şagird və müəllimlər məktobdə idilər. Şagirdlərin evakuasiya zamanı iki nəfər yanğın tüstüsündən zəhərlənmişdir.

Polisin araşdırmalarına görə hadisə dini zəmində baş verib.

Londonda yerləşən Darul Ulum məktəbi 1988 ci ildən fəaliyyət göstərir. Məktəb ilk illərdə Quran hafizliyi öyrətsədə sonradan müasir təhsil verməyə başlayıb. Təhsil ocağı Londonun ən nüfuzlu İslam məktəblərdən hesab olunur.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1312.html