
Gürcüstan artıq rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyət dairəsindən çıxarılıb.
Bu barədə QMİ-nin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, QMİ-nin səlahiyyət dairəsi Azərbaycan, Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı əhatə edir.
Qeyd edək ki, 2011-ci ildə Gürcüstanda Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) yaradılıb və qeydiyyatdan keçib. GMİ-nin sədri Vaqif Əkbərovdur.Məlumatlara görə, faktiki olaraq yerli müsəlmanların əksəriyyəti GMİ ətrafında cəmləşib. QMİ-nin nümayəndəliyinin nüfuz dairəsi isə yalnız azərbaycanlıların yaşadığı bölgənin cüzi hissəsini əhatə edir.