
Rusiya Federasiyasının Ulyanovsk vilayətində yerləşən məktəblərdə hicab geyinmək qadağan olundu. Ulyanovsk vilayətinin ictimai palatası "Ulyanovsk vilayətindəki təhsil ocaqlarında geyim tələbi" haqqında regional qanun qəbul edib. İctimai palatanın mətbuat xidməti bildirib ki, palata üzvləri qanunda dini geyimlə bağlı qeydə müsbət yanaşıblar. Onların sözlərinə görə , Rusiya Federasiyası dünyavi dövlətdir və din dövlətdən ayrıdır. Buna görə heç bir halda təhsil ocaqlarında hicab geyinmək və digər dini atributlardan istifadə etmək qadağandır.