6 İyun, 2013
Yeməndə ölümündən 9 il sonra Bədrəddin əl Hausini dəfn etdilər

Yemendə Abdullah Salehin hakimiyyəti dövründə qətl olunmuş Yemən şiələrinin lideri 9 ildən sonra dəfn olunub. Hakimiyyət liderin cəsədini 9 ildən sonra onun ailəsinə geri qaytarmışdır. Dəfndə on minlərlə insan iştirak edərək , hökümətə və müsəlman düşmənlərinə qarşı şüarlar səsləndiriblər. Dəfn mərasimində xarici ölkə nümayəndələridə öz iştirak istəyini bildirsələrdə Yemən hökuməti onlara viza verməyib.
Xatırladaq ki , 2004 cü ilin iyun ayında Yemenin Şimal Qərbində yerləşən və şiələrin çoxluq təşkil etdiyi Saadah şəhərində şiələrin üsyanı başlamışdır. Hökumətə qarşı yönələn üsyana Hüseyn Bədrəddin əl Hausi başçılıq edirdi. Səudiyyə Ərəbistanının köməkliyi ilə silahlı qarşıdurma nəticəsində Yemən hökuməti Huseyn əl Hausini və onun onlarla tərəfdarını qətl etmişdi. 2010 cu ildə şiələr hökumətnən sülh bağlayandan sonra üsyan dayandırlımışdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1300.html