
Fələstin mütəxəssislərinin apardığı statistik araşdırmalara görə son 13 il ərzində İsrail rejiminin hərbçiləri tərəfindən 1500 dən çox uşaq qətl olunub. Bu vaxt ərzində 6 mindən çox uşaq yaralanmışdır. Bundan başqa son 13 ildə İsrail rejimi yaşı 18 dən aşağı olan 9 min fələstinlini həbs etmişdir. Araşdırmada göstərilir ki, keçən il ərzində 881 həbs qeydə alınmışdır.
Hal hazırda İsrail həbsxanalarında 250 dən çox yaşı 18 dən aşağı olan fələstinli həbsdədir.