5 İyun, 2013
Əhli sünnət Xanım Zeynəbin (s) hərəmini müdafiə edəcək

 

İraqın sünnilərdən ibarət "Əhləl-Həqq" hərəkatının baş katibi Suriyadakı üzvlərinə tapşırıq verib ki, xanım Zeynəbin (s) hərəminin müdafiəsinə qalxsınlar.

Əl Aləm kanalının hərəkatın baş katibi Qeys Cəzəliyə istinadən yaydığı məlumata əsasən, o, çərşənbə axşamı bəyan edib:  "Əhli sünnə müqəddəs qəbirlərin müdafiəsində 7 şəhid verib. Onlar Suriya rejiminin müdafiəsi uğrunda deyil, Əhli-Beyt (ə) məzarının müdafiəsi yolunda şəhid olublar"

Qeys Cəzəli müsəlmanları məzhəbi və milli münaqişələrə uymamağa, müqəddəsatın dağıdılmasına imkan verməməyə çağırıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1291.html